Ermənistan ordusunda koronavirusa yoluxanların sayı artdı

 Ermənistan ordusunda koronavirusa yoluxanların sayı artdı
  27 Mart 2020    Oxunub:2376
Ermənistan silahlı qüvvələrinin daha iki əsgərində koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan məlumat yayıb. O bildirib ki, bununla da orduda virusa yoluxanların rəsmi sayı 5-ə çatıb.

Qeyd edək ki, Ermənistanda 329 yoluxma faktı qeydə alınıb, bir nəfər dünyasını dəyişib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Ordu   Koronavirus  





Xəbər lenti