Xaricdə yaşayan 50 Türkiyə vətəndaşı virusdan ölüb

Xaricdə yaşayan 50 Türkiyə vətəndaşı virusdan ölüb
  27 Mart 2020    Oxunub:2172
Xaricdə yaşayan 50 Türkiyə vətəndaşı koronavirusa yoluxma səbəbindən həyatını itirib.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran deyib. O bildirib ki, vəfat edənlər dünyanın səkkiz fərqli ölkəsində yaşayıblar.

"Təəssüf ki, yoluxanların sayı artır. 151 vətəndaşımızın test nəticələri müsbət çıxıb. Onların vəziyyətini yaxından izləyirik", - deyə nazir müavini qeyd edib.

O, XİN rəhbəri Mövlud Çavuşoğlunun köməyə ehtiyacı olan vətəndaşların vəziyyətləri ilə şəxsən maraqlandığını, cənazələrin Türkiyəyə çatdırılması, dəfn mərasiminə qədər hər bir prosesi yaxından izlədiyini bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti