Koronavirusun ən çox yayıldığı ölkələr - YENİ STATİSTİKA
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, yerdə qalan 387 min 946 nəfərdən 368 min 289-nun vəziyyəti qənaətbəxş hesab olunur. 19 min 657 xəstənin durumu orta-ağır qiymətləndirilir.
İkinci yerdə Çin gəlir. Ölkədə 81 min 340 nəfər virusa yoluxub, 3 min 292 nəfər ölüb. Son sutkada Çində yoluxanların sayı 55 nəfər olub. Hesabat saatında 5 nəfər dünyasını dəyişib.
Koronavirusun yayılmasına görə üçüncü sırada İtaliyadır. Bu ölkədə 80 min 589 xəstə qeydə alınıb. Onlardan 8 min 215 nəfəri dünyasını dəyişib. Yeni yoluxmaya və ölümə rast gəlinməyib.
Dördüncü yerdə qərarlaşan İspaniyada 57 min 786 virusa yoluxma baş verib. Onlardan 4 min 365 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində yeni yoluxma halı aşkarlanmayıb.
Siyahıda beşinci olan Almaniyada 47 min 278 nəfər virusa yoluxub ki, onlardan 281-i ölüb. Son sutkada ölkədə 3 min 340 nəfər virusa yoluxub, 14 nəfər dünyasını dəyişib.
Altıncı yerdə qərarlaşan İranda isə 29 min 155 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 2 min 234 nəfər dünyasını dəyişib.
Siyahının yeddinci pilləsində yer alan Fransada indiyədək 29 min 155 nəfər virusa yoluxub, 1696 nəfər ölüb.
Səkkizinci sırada olan İsveçrədə 11 min 811 nəfər virusa yoluxub, 192 xəstə dünyasını dəyişib.
Doqquzuncu pillədə qərarlaşan Böyük Britaniyada 11 min 658 nəfərin virusa yoluxması aşkar edilib. Onlardan 578-i ölüb.
Onuncu pillədə olan Cənubi Koreyada isə 9 min 332 nəfər koronavirusa yoluxub, 139 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində 91 yeni yoluxma, 8 ölüm faktı qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus Statistika