Angela Merkel: “Üz-üzə görüşlər üçün darıxmışam”

Angela Merkel:  “Üz-üzə görüşlər üçün darıxmışam”
  27 Mart 2020    Oxunub:2248
"Yeni növ koronavirus (Covid-19) pandemiyası dünya ölkələrini 2008-ci ildəki bank və maliyyə böhranından da çətin vəziyyətə salıb".

Azvision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel KİV nümayəndələri üçün keçirdiyi video-konfransda deyib. O, koronavirusla mübarizəninin birlikdə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Merkel Almaniya vətəndaşlarından səbirli olmalarını xahiş edib və koronavirusla bağlı həyata keçirilən tədbirlərin yumşaldılmasına ehtiyac olmadığını bildirib.

Daha sonra kansler ev şəraitində karantində vaxtını necə keçirməsi ilə bağlı sualı cavablandırıb :"Çox sayda video və telefon danışıqları edirəm. Nazirlər Şurasının iclasında şəxsən iştirak etmək və üz-üzə görüşlərə qatılmaq üçün darıxmışam".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: AngelaMerkel  





Xəbər lenti