ABŞ virusa yoluxanların sayına görə Çin və İtaliyanı keçdi

 ABŞ virusa yoluxanların sayına görə Çin və İtaliyanı keçdi
  27 Mart 2020    Oxunub:2778
ABŞ koronavirusa (COVİD-19) yoluxanların sayına görə Çin və İtaliyanı geridə qoyub.

Azvision.az "worldometer" saytına istinadən xəbər verir ki, ABŞ-da virusa yoluxanların sayı son 6 saatda 12 min 982 nəfər artaraq 82 min 179-a, ölənlərin sayı isə 131 nəfər artaraq 1177-yə çatıb.
Ümumilikdə ötən gün ABŞ-da yoluxma sayı 55 min 238, ölənlərin sayı isə 802 nəfər qeydə alınıb.

Qeyd edək ki, Çin 81 min 285 , İtaliya isə 80 min 589 yoluxma faktı ilə ABŞ-dan sonrakı yerləri tutur.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti