Ermənistanda koronavirusdan ilk ölüm

  26 Mart 2020    Oxunub : 712
Ermənistanda koronavirusdan ilk ölüm
Ermənistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, virusa yoluxmuş 72 yaşlı şəxs xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ermənistanda indiyədək 290 nəfər koronavirusa yoluxub. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Azvision.az

Teqlər: Ermənistan   Koronavirus   Ölüm