İsraildə koronavirusdan 6-cı ölüm qeydə alındı

İsraildə koronavirusdan 6-cı ölüm qeydə alındı
  26 Mart 2020    Oxunub:2100
İsraildə koronavirusdan ölənlərin sayı artıb.
Azvision.az "RİA-Novosti"yə istinadən xəbər verir ki, 91 yaşlı xəstə Volfson xəstəxanasında vəfat edib.

Daha əvvəl 67-88 yaş arası 5 xəstənin öldüyü barədə məlumat verilmişdi.

Ölkənin Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsraildə 2495 nəfər koronavirusa yoluxub, 41 nəfərin vəziyyəti ağırdır.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 414 minə çatıb, 18 mindən çox insan isə bu virusdan ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Virus  





Xəbər lenti