İraqda komendant saatının vaxtı uzadılıb

  26 Mart 2020    Oxunub : 814
İraqda komendant saatının vaxtı uzadılıb
İraq hakimiyyəti koronavirusla mübarizə çərçivəsində ölkədə komendant saatının tətbiqinin 11 aprel tarixinə qədər uzadılmasına dair qərar verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti açıqlama yayıb.

Xatırladaq ki, İraqda komendant saatı 17 martda tətbiq edilib və şənbə günü vaxt başa çatırdı. Lakin hökumət vəziyyəti nəzərə alaraq müddəti uzadıb. Polis komendant saatını pozan yüzlərlə insanı cərimələyib.

Pərvanə Sulatnova
Azvision.az

Teqlər: İraq