Sarkisyanın məhkəməsi təxirə salındı

 Sarkisyanın məhkəməsi təxirə salındı
  26 Mart 2020    Oxunub:2457
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın cinayət işi üzrə məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb.
Azvision.az "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Sarkisyanın vəkili Amram Makinyan məlumat verib. Məhkəmə prosesi bu günə təyin edilmişdi.

"Bu qərar ilk növbədə Ermənistanda koronavirusun yaratdığı epidemioloji vəziyyətdən qaynaqlanır. Hesab edirik ki, belə şəraitdə məhkəmə iclası keçirmək çox təhlükəlidir və insanların kütləvi toplanmasının qarşısını almaq lazımdır", - vəkil deyib.

Xatırladaq ki, Sarkisyan 1 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti