Rusiyada virusa yoluxanlar 840 nəfərə çatdı

Rusiyada virusa yoluxanlar 840 nəfərə çatdı
  26 Mart 2020    Oxunub:1371
Rusiyada koronavirusa 182 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az "RİA-Novosti"yə istinadən xəbər verir ku, bu barədə operativ qərərgah məlumat yayıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 840-a çatıb.

Yoluxma halları Rusiyanın 56 regionunda qeydə alınıb. Sağalanların sayı isə 38 nəfərdir.

Martın 28-dən aprelin 5-dək Rusiya paytaxtında apteklər, ərzaq dükanları və ilkin tələbat malları satan mağazalardan başqa bütün ticarət obyektləri bağlanacaq.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti