Malayziya sultanı və həyat yoldaşı karantinə alındı

  26 Mart 2020    Oxunub : 802
Malayziya sultanı və həyat yoldaşı karantinə alındı
Malayziyanın kral sarayında işləyən 7 nəfərdə virus aşkar edildikdən sonra sultan II Abdullah Riyatuddin əl-Mustafa və kraliça Əzizə Aminə Maymun İskəndəriyə karantinə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, artıq onlar koronavirus testindən keçiblər. Bildirilib ki, kral və kraliçanın testinin nəticəsi mənfi olsa belə, onlar 14 gün müddətində karantində qalacaqlar.

Qeyd edək ki, Malayziyada 1796 nəfər koronavirusa yoluxub, onların 21 nəfəri ölüb.

Azvision.az

Teqlər: Malaziya