Koronavirusdan ölənlərin sayı 19 mini keçdi

 Koronavirusdan ölənlərin sayı 19 mini keçdi
  25 Mart 2020    Oxunub:3454
Bu günə qədər dünyada 428 min 220 nəfər koronavirusa yoluxub.

Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, virusa yoluxmuş 19 min 101 xəstə ölüb, 109 min 241 nəfər sağalıb.
Karantində saxlanılan 299 min 878 nəfərdən 286 min 749-nun vəziyyəti qənaətbəxş hesab olunur. 13129 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Koronavirusa dünyanın 194-dən çox ölkəsində rast gəlib. Ümumilikdə son 10 saat ərzində 5668 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti