Rusiyada 25 mərtəbəli bina karantinə alındı

 Rusiyada 25 mərtəbəli bina karantinə alındı
  25 Mart 2020    Oxunub:1488
Rusiyada koronavirusa yoluxanların sayı 495 nəfərə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Koronavirusla Mübarizə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində 57 nəfər yeni növ koronavirusa yoluxub. Bu virusdan ölənlərin sayı hələlik 1 nəfərdir.

Mərkəzdən, həmçinin bildirilib ki, İspaniyadan ölkəyə geri qayıdan 2 nəfərin olduğu 25 mərtəbəli yaşayış binası karantinə alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti