Koronavirusa yoluxanların sayı 420 mini keçdi

   Koronavirusa yoluxanların sayı 420 mini keçdi
  25 Mart 2020    Oxunub:2383
Bu günə qədər dünyada 422 min 959 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az Worldometers.info -a istinadən xəbər verir ki, indiyədək virusa yoluxmuş 18 min 907 xəstə ölüb, 109 min 144 nəfər sağalıb.

Karantində saxlanılan 209 min 908 nəfərdən 281 min 813 nəfərin vəziyyəti qənaətbəxş hesab olunur. 13905 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Koronavirusa dünyanın 197 ölkəsində rast gəlib. Ümumilikdə son 5 saat ərzində 377 yeni virusa yoluxma faktı qeydə alınıb, 16 nəfər dünyasını dəyişib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti