Uhanda karantin rejimi ləğv edilir

 Uhanda karantin rejimi ləğv edilir
  24 Mart 2020    Oxunub:3140
Çinin Uhan şəhərində koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi aprelin 8-də ləğv ediləcək.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun episentri olan Hubey vilayətində martın 19-dan yeni yoluxma halları qeydə alınmayıb. Sakinlərə aprelin 8-dən sonra şəhəri tərk etmək icazəsi veriləcək.

Qeyd edək ki, Uhan və şəhərətrafı rayonlarda ciddi karantin rejimi yanvarın 23-dən tətbiq edilib. Nəticədə 60 milyon sakinin hərəkəti məhdudlaşdırılıb.

Azvision.az


Teqlər: Uhan  





Xəbər lenti