İranda 1812 nəfər koronavirusun qurbanı olub

  23 Mart 2020    Oxunub : 1369
İranda 1812 nəfər koronavirusun qurbanı olub
İranda koronavirusa yoluxanların sayı 23 min 49 nəfərə çatıb. Onlardan 1812-si dünyasını dəyişib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Nazirlik rəsmisi bildirib ki, son sutka ərzində koronavirusa 1411 yeni yoluxma qeydə alınıb, 127 nəfər ölüb. Ümumilikdə isə bu günədək sağalanların sayı 8376 nəfərdir.

Azvision.az

Teqlər: İran   Koronavirus