Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayon karantinə alındı

 Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayon karantinə alındı
  23 Mart 2020    Oxunub:3169
Gürcüstan höküməti azərbaycanlıların bu ölkədə yaşadığı iki rayonda - Marnueli və Bolnisidə ciddi karantin rejimi tətbiq edib.

Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Giorgi Qaxaria bildirib. Onun sözlərinə görə, buna səbəb Marnuelidə 67 yaşlı qadında koronavirusun aşkarlanması olub.
“Bununla da daxildə koronavirusa yoluxma mərhələsi başlayıb. Epidemioloqların bildirdiyinə görə, qadın onlarla insanın, o cümlədən xaricdən gələn qonaqların olduğu cənazə mərasmində iştirak edib və yoluxub. Ümumilikdə, xəstənin 90 nəfərlə əlaqə qurduğu öyrənilib. Ciddi karantinlə əlaqədar həmin rayonlara giriş-çıxış məhdudlaşdırılır, bütün obyektlər bağlanılır və əraziyə yalnız tibbi vasitələr və ərzağın gətirilməsinə icazə verilir".

Azvision.az



Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti