Səhiyyə naziri iclasda huşunu itirib yerə yıxıldı - FOTO

Səhiyyə naziri iclasda huşunu itirib yerə yıxıldı -  FOTO
  19 Mart 2020    Oxunub:3238
Hollandiyanın Səhiyyə naziri Bruno Bruins Nümayəndələr Palatasında keçirilən koronavirusla bağlı iclas zamanı qəflətən huşunu itirib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, yerə yıxılan Bruins ətrafdakıların köməyi ilə ayağa qaldırılıb.

Nazir "Twitter" hesabında gərgin iş həftəsinin təsiri ilə huşunu itirdiyini qeyd edib. O, hazırda yaxşı olduğunu bildirib.



Aytən Zəhra
Azvision.az



Teqlər: Hollandiya   Nazir  





Xəbər lenti