Birinci sinfə elektron qeydiyyat dayandırılır

  19 Mart 2020    Oxunub : 1690
 Birinci sinfə elektron qeydiyyat dayandırılır
Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.
Təhsil Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Azvision.az

Teqlər: Isinif   Elektronqəbul