Parlamentin işçiləri tibbi müayinədən keçiriləcək

 Parlamentin işçiləri tibbi müayinədən keçiriləcək
  18 Mart 2020    Oxunub:2268
Milli Məclisin İşlər İdarəsinin bütün texniki heyəti, o cümlədən sürücülər, inşaatçılar, fəhlələr və digər işçilər gündə bir dəfə tibbi müayinədən keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə parlament sədri Sahibə Qafarovanın koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamda qeyd olunub.

Parlamentin tibb məntəqəsinə tapşırılıb ki, virusun yayılmasının qarşısını almaq məqsədi ilə Milli Məclisdə maarifləndirmə işi aparsın.

Azvision.az


Teqlər: MilliMəclis   İşçi  





Xəbər lenti