Putin koronavirus testindən keçib

 Putin koronavirus testindən keçib
  18 Mart 2020    Oxunub:2183
Rusiya Prezidenti Vladimir Putin koronavirus testindən keçib.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib: “Prezidentin qorunması üçün lazım olan hər şey edilir".

Peskov, həmçinin özünün də koronavirus testindən uğurla keçdiyini bildirib. Onun sözlərinə görə, Prezidentin iştirak etdiyi tədbirləri təşkil edən bütün heyət analiz verib.

Qeyd edək ki, indiyə kimi Rusiyada 147 nəfərdə koronavirus aşkarlanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Putin  





Xəbər lenti