BMT Təhlükəsizlik Şurası bütün iclaslarını təxirə saldı

BMT Təhlükəsizlik Şurası bütün iclaslarını təxirə saldı
  17 Mart 2020    Oxunub:1485
BMT Təhlükəsizlik Şurası koronavirusun yayılması ilə əlaqədar bu həftə iclas keçirməyəcək.
Azvision.az xəbər verir ki bu barədə “İnterfax”a təşkilatdan bildiriblər.

BMT-nin mənzil-qərargahı ən yüksək dərəcədə koronavirus infeksiyasının qeydə alındığı Nyu-Yorkda yerləşir. Martın 16-na olan məlumata görə, Nyu-Yorkda 950 yoluxma qeydə alınıb, 7 nəfər ölüb.

Daha əvvəl BMT-nin Baş katibi Antonio Qutteriş bəyan edib ki, martın 16-dan aprelin 12-dək BMT katibliyinin işçiləri təcili ehtiyac olmadıqca kənardan çalışacaqlar.

Keçən həftə Filippinin BMT-dəki Daimi nümayəndəliyinin işçilərindən birində koronavirusa yoluxma aşkarlanıb. Bundan sonra diplomatik nümayəndəlik bağlanıb və işçilər karantinə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT  





Xəbər lenti