İtaliyada virusdan bir gündə 368 nəfər ölüb

 İtaliyada virusdan bir gündə 368 nəfər ölüb
  16 Mart 2020    Oxunub:2026
Son sutka ərzində İtaliyada koronavirusdan 368 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib. Onun sözlərinə görə, virus qurbanlarının ümumi sayı 1809 nəfərə çatıb.

Borrelli qeyd edib ki, son bir gündə İtaliyada daha 2853 nəfərdə virus aşkarlanıb. Hazırda ölkədə koronavirusa yoluxanların sayı 20,6 mindən çoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Koronaviru  





Xəbər lenti