Bu gün İstanbul derbisi olacaq

Bu gün İstanbul derbisi olacaq
  15 Mart 2020    Oxunub:1779
Bu gün futbol üzrə Türkiyə Super Liqasında 26-cı turun mərkəzi oyunu keçiriləcək.
Azvision.az xəbər verir ki, İstanbul derbisində “Qalatasaray” klubu öz meydanında əzəli rəqibi “Beşiktaş” komandasını qəbul edəcək. “Türk Telekom” stadionunda keçiriləcək görüşün baş hakimi Abdulkadir Bitiqen olacaq.

Qeyd edək ki, bugünkü matç iki komanda arasında oynanılacaq 347-ci derbi qarşılaşması olacaq. İndiyədək keçirilmiş 346 oyunda "Qalatasaray" 122, "Beşiktaş" isə 111 dəfə qələbə qazanıb. 113 qarşılaşma heç-heçə başa çatıb.

Azvision.az



Teqlər: Derbi   İstanbul  





Xəbər lenti