Avropalıların Türkiyəyə girişi qadağan edildi

 Avropalıların Türkiyəyə girişi qadağan edildi
  14 Mart 2020    Oxunub:1747
Türkiyə bü gündən Almaniya, İspaniya, Fransa, Avstriya, Norveç, Danimarka, İsveç, Belçika və Hollandiya vətəndaşlarına, o cümlədən həmin ölkələrdə olan digər vətədanşlara qapılarını bağlayıb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu addım “Covid-19” epidemiyası ilə mübarizə çərçivəsində atılıb. Eyni zamanda Türkiyədən bu ölkələrə səfərlər də müvəqqəti dayandırılıb.

“Sözügedən ölkələrin vətəndaşları ilə yanaşı son 14 gündə həmin ölkələrdə olan digər üçüncü ölkə vətəndaşları 14 mart, Türkiyə vaxtilə saat 08.00-dan etibarən ölkəyə qəbul edilməyəcək. O ölkələrin vətəndaşlarının isə Türkiyədən çıxışlarında hər hansı məhdudlaşdırma olmayacaq. Türkiyə vətəndaşlarının adıçəkilən ölkələrə səfərləri müvəqqəti dayandırılır. Digər ölkələrlə əlaqədar Çin, İran, İraq, Cənubi Koreya və İtaliya tətbiqlərində olduğu kimi, Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təyin olunan üsul və qaydalara görə, xarici səfərdən qayıdanlar 14 günlük karantinə alınacaq”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Almaniya, Fransa, İspaniya, Norveç, Danimarka, Belçika, Avstriya, İsveç və Hollandiyaya uçuşlar 17 aprel tarixinə qədər dayandırılıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Türkiyə  





Xəbər lenti