Ermənistanda koronavirusa yoluxanların sayı artıb

Ermənistanda koronavirusa yoluxanların sayı artıb
  14 Mart 2020    Oxunub:2272
Ermənistanda 5 yeni koronavirusa yoluxma halı aşkarlanıb, bununla da ölkədə virus daşıyıcılarının sayı 13-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, təcrid olunmuş 31 nəfərdən 2-nin analizlərinin nəticəsi müsbət olub.

Bundan əlavə, Eçmiədzində ailə məclisində iştirak edən üç nəfərdə koronavirusa yoluxma təsdiqlənib. Hazırda Eçmiədzində təxminən 100 nəfər karantində saxlanılır.

Paşinyan konsert mərkəzlərinin, teatrların və kinoteatrların bu gündən etibarən fəaliyyətini dayandırmalı olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti