Səudiyyə Ərəbistanı beynəlxalq uçuşları təxirə salıb
“Səudiyyə Ərəbistanı hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər çərçivəsində 15 mart bazar günündən başlayaraq beynəlxalq uçuşları iki həftə ərzində təxirə salmaq barədə qərar qəbul edib”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ölkədə infeksiyaya yoluxanların sayının 45-ə çatdığını bəyan edib. Təxminən 4 min nəfər yoxlanışdan keçib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ərəbistan