UEFA avrokubokları dayandırdı

   UEFA avrokubokları dayandırdı
  13 Mart 2020    Oxunub:2415
UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarının təxirə salınması barədə qərar qəbul edib.
Azvision.az xəbər verir ki. bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, koronavirus təhlükəsi ilə əlaqədar gələn həftəyə nəzərdə tutulan bütün oyunlar təxirə salınıb. Bundan əlavə, martın 20-də hər iki liqanın 1/4 mərhələsinin püşkatması ləğv olunub.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Futbol   UEFA   Koronavirus  





Xəbər lenti