Çində koronavirusa yoluxma kəskin azalıb

Çində koronavirusa yoluxma kəskin azalıb
  13 Mart 2020    Oxunub:1890
Çində sutka ərzində yeni növ koronavirusdan 7 nəfər ölüb, 8 yoluxma halı qeydə alınıb, 1318 nəfər müalicəni bitirərək xəstəxanalardan evə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, Çində virusa yoluxanların ümumi sayı 80 813-ə çatıb, 64 111 nəfər sağalıb, 3176 nəfər isə ölüb.

Koronavirusun yayılma mərkəzi olan Hubey əyalətinin Uhan şəhərində isə son bir gündə 5 yeni yoluxma faktı aşkarlanıb. Əyalətdə ümumi yoluxma sayı 66 786-ya çatıb. Son sutka ərzində Hubeydə ölənlərin sayı 6 nəfər olub, sağalanlar isə 1255 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti