“Trampın qadağa qərarı Azərbaycana aid deyil” - Səfir

 “Trampın qadağa qərarı Azərbaycana aid deyil” -  Səfir
  12 Mart 2020    Oxunub:5218
Ötən gecə Prezident Donald Tramp şengen viza razılaşması ölkələrini əhatə edən 26 Avropa ölkəsindən ABŞ-a vətəndaşların səyahətini qadağan edən qərarını açıqlayıb. Bu qərar hazırda Azərbaycana aid deyil.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib. Onun sözlərinə görə, 30 gündən sonra qərar yenidən nəzərdən keçiriləcək.

“İstənilən ölkənin vətəndaşı bu 26 ölkədən keçməklə ABŞ-a səfər etdiyi təqdirdə, həmin qadağa onlara da aid edilir”, - diplomat bildirib.

Səfir əlavə edib ki, qərarın təfərrüatlarını yaxın vaxtda ətraflı şəkildə əldə edəcəklər və məlumatlar səfirliyin “Facebook” səhifəsində yerləşdiriləcək.

“Dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda hökumət infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görür, addımlar atır. Bu arada qeyd etmək istəyirəm ki, biz Azərbaycanda koronavirusun qarşısını almaq və onunla mübarizə üçün hökumətlə, Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Həm Azərbaycana, həm də digər ölkələrə bu sahədə kömək göstərmək üçün yolları nəzərdən keçiririk”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Səfir  





Xəbər lenti