“Azərbaycan parlamenti ilə işləməyi səbrsizliklə gözləyirik” - ABŞ səfiri

 “Azərbaycan parlamenti ilə işləməyi səbrsizliklə gözləyirik” -  ABŞ səfiri
  12 Mart 2020    Oxunub:2162
ABŞ Azərbaycanın yeni tərkibdə Milli Məclisi ilə işləməyi həvəslə, səbrsizliklə gözləyir.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib. Diplomat deyib ki, yeni parlamentin fəal işləməsini gözləyir.

“Ümid edirəm ki, onlar Azərbaycanda iqtisadi, sosial və digər sahələrin inkişaf etdirilməsi üçün öz fəaliyyətlərini genişləndirəcəklər və bu işləri təşviq edəcəklər”, - deyə ABŞ səfiri əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Səfir  





Xəbər lenti