İran sanksiyaların ləğvini tələb edir

 İran sanksiyaların ləğvini tələb edir
  12 Mart 2020    Oxunub:1742
Tehran koronavirusla mübarizə üçün ABŞ-ın İrana qarşı tətbiq etdiyi bütün sanksiyaların aradan qaldırılmasına çağırış edib.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Musavi bildirib. Onun sözlərinə görə, rəsmi Tehran bununla bağlı BMT Baş katibi Antoni Qutteresə məktub ünvanlayıb.

"İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT Baş katibinə, digər beynəlxalq təşkilatların rəhbərlərinə, üzv ölkələrin xarici işlər nazirlərinə məktub göndərib. Məktubda koronavirusla mübarizə üçün ABŞ-ın İrana qarşı tətbiq etdiyi bütün sanksiyalarının qaldırılmasının zəruriliyini vurğulanıb”, - deyə Musavi “Twitter” də yazıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Sanksiya  





Xəbər lenti