Səfirlik İtaliyadakı azərbaycanlılara müraciət edib

Səfirlik İtaliyadakı azərbaycanlılara müraciət edib
  12 Mart 2020    Oxunub:1947
Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədən qayıtmaq istəyən vətəndaşlarımıza müraciət edib.
Azvision.az xəbər verir ki, səfirliyin yaydığı məlumata görə, İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar olaraq, Azərbaycana qayıtmaq istəyən vətəndaşlardan təcili olaraq səfirliyin elektron poçt ünvanlarına ([email protected]; [email protected]) aşağıdakı məlumatları təqdim etmələri xahiş olunur:

1. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;

2. Viza və ya İtaliyada yaşama icazəsini təsdiq edən sənədin surəti;

3. Əlaqə məlumatları (telefon, e-mail və yaşadığı ünvan).

Qeyd olunub ki, Azərbaycana qayıdacaq şəxslər iki həftə müddətinə karantin rejimində saxlanılacaq və onlardan karantin rejiminin tələblərinə riayət etmələri tələb olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İtaliya   Səfirlik  





Xəbər lenti