Avropa Olimpiya Təsnifat turniri təxirə salınıb

   Avropa Olimpiya Təsnifat turniri təxirə salınıb
  12 Mart 2020    Oxunub:2705
Martın 19-dan 22-dək Budapeştdə keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat turniri təxirə salınıb.

Azvision.az Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə bu gün Macarıstan dövləti qərar çıxarıb.
Təşkilatçı ölkə Dünya Güləş Birliyi (UWW) ilə ortaq fikrə gələrək, Koronavirus epidemiyası ilə bağlı bu addımı atıb. Yarışın aprel və ya may ayında keçirilməsi planlaşdırılır.

Azvision.az



Teqlər: Güləş   Federasiya   Turnir  





Xəbər lenti