Əfqanıstanda Baş Nazir vəzifəsi ləğv edildi

Əfqanıstanda Baş Nazir vəzifəsi ləğv edildi
  11 Mart 2020    Oxunub:2379
Əfqanıstan Prezidenti Əşrəf Qani seçkilərin nəticələrini tanımayan Abdullah Abdullahın rəhbərlik etdiyi icra rəisi vəzifəsini ləğv edib.
Azvision.az "TOLO news" agentliyinə istinadən xəbər verir ki, yenidən Əfqanıstan Prezidenti seçilən Qani martın 9-da and içib.

Seçkilərdəki məğlubiyyətini etiraf etməyən Abdulla Abdulla da dövlət başçısı ilə eyni gündə paralel andiçmə mərasimi keçirib.

Xatırladaq ki, Əfqanıstanın icra rəisi vəzifəsi Baş Nazir postunu əvəz edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Əşrəf-Qani   Baş-Nazir  





Xəbər lenti