Natəvanın Belçikadakı heykəli vandalizmə məruz qalıb - FOTOLAR

Natəvanın Belçikadakı heykəli vandalizmə məruz qalıb -  FOTOLAR
  10 Mart 2020    Oxunub:5108
Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın abidəsi vandalizmə məruz qalıb.
Azvision.az xəbər verir ki, naməlum şəxslər heykəlin üzərində Natəvanın adının yazıldığı lövhəni dağıdıb, sonra abidəyə ağ rəngdə maddə töküblər.

Heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb.

Qeyd edək ki, abidə 2016-ci ildə fevralın 18-də ucaldılıb. Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.






Azvision.az



Teqlər: Abidə  





Xəbər lenti