Ərdoğandan Putinə Suriya ilə bağlı təklif

Ərdoğandan Putinə Suriya ilə bağlı təklif
  10 Mart 2020    Oxunub:2571
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə neftdən istifadə etməklə Suriya iqtisadiyyatını birgə inkişaf etdirməyi təklif edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belçikadan Türkiyəyə qayıdan Ərdoğan təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Kamışlıda neft ehtiyatları var. Deyr əz-Zorda da var. Burada terrorçular resursları istismar edirlər", - deyə Ərdoğan bildirib.

Türkiyə liderinin sözlərinə görə, ABŞ-ın bu yataqla bağlı planları mövcuddur. Bundan əlavə, Rusiyanın Kamışlı yatağı ilə bağlı planları var.

“Mən Putinə belə bir təklif verdim. Buradan aldığımız neftin köməyi ilə biz bir şirkət quraq və əgər maddi cəhətdən dəstək olsanız, məhv edilmiş Suriyanı ayağa qaldıraq”, - Ərdoğan əlavə edib ki, təklifinə Putin müsbət və ya mənfi cavab verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti