Rusiyada erkən seçkilərin keçirilməsi təklif olundu

 Rusiyada erkən seçkilərin keçirilməsi təklif olundu
  10 Mart 2020    Oxunub:2463
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski konstitusiya dəyişikliklərinin qəbulundan sonra erkən parlament seçkilərinin keçirilməsini təklif edib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bunu kürsüdən (Dövlət Duması) söyləyəcəyəm. Ancaq indi də deyirəm. Əgər yenilənmiş konstitusiya aprel ayında qüvvəyə minsə, o zaman Dövlət Dumasına erkən seçkilər keçirilməlidir", - deyə Jirinovski vurğulayıb.

O, Liberal Demokrat Partiyasının konstitusiyaya dəyişiklikləri dəstəklədiyini əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Jirinovski   Deputat  





Xəbər lenti