Koronavirusa görə AŞPA-nın bütün iclasları təxirə salındı

Koronavirusa görə AŞPA-nın bütün iclasları təxirə salındı
  10 Mart 2020    Oxunub:3092
Avropa Şurası Parlament Assambleyası (AŞPA) və yardımçı qurumlarının yeni növ koronavirusun yayılması səbəbindən bütün iclasları mart ayının sonuna qədər təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə AŞPA-nın saytı məlumat yayıb.

Bildirilib ki, Assambleyanın Hüquqi məsələlər (Paris, 10 mart), Sosial məsələlər (Paris, 12 mart), Mədəniyyət (Paris, 16 mart), Miqrasiya (Paris, 19 mart), Bərabərlik (Paris, 20 mart) və Monitorinq (Ankara, 30-31 mart) komitələrinin iclasları təxirə salınıb. Həmçinin, AŞPA heyətinin vacib olmayan səfərləri ləğv edilib.

Bu qərar Assambleya üzvlərinin, katibliyin sağlamlığı və təhlükəsizliyini qorumaq məqsədilə, həmçinin Avropa Şurası, Fransa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq qəbul edilib.

AŞPA-nın aprelin 20-dən 24-dək keçirilməsi planlaşdırılan növbəti plenar iclası ilə bağlı əlavə qərarın veriləcəyi gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AŞPA   Koronavirus  





Xəbər lenti