Daha bir turnir koronavirusa görə təxirə salındı

Daha bir turnir koronavirusa görə təxirə salındı
  09 Mart 2020    Oxunub:2292
ABŞ-ın Kaliforniya ştatında martın 9-da keçirilməli olan nüfuzlu İndian-Uels tennis turniri koronavirusa görə təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, trunir rəhbərliyi üçün oyunçuların və izləyicilərin sağlamlığı daha əhəmiyyətlidir.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 18,5 milyon dollar təşkil etməli idi. Sonuncu dəfə turnirin qalibi Dominik Tim olub.

Rusiyalı keçmiş tennisçi Mariya Şarapova isə 2 dəfə turnirdə qalib olub.

Azvision.az


Teqlər: Tennis  





Xəbər lenti