“Facebook” Londondakı ofislərini bağladı

 “Facebook” Londondakı ofislərini bağladı
  07 Mart 2020    Oxunub:4455
“Facebook” şirkəti London şəhərində yerləşən ofislərini koronavirus təhlükəsinə görə müvəqqəti bağlayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 24-26 fevralda Sinqapurda səfərdə olan işçilərdən biri Londonda yerləşən ofisə gəlib. Lakin, sonradan onda virus aşkarlanıb.

Nəticədə 3 min işçi evə buraxılıb. Ofislərdə isə gələn həftənin birinci gününə kimi dezinfeksiya tədbirləri həyata keçiriləcək.

Azvision.az


Teqlər: Facebok  





Xəbər lenti