Əsəd İdlib razılaşmasına münasibət bildirdi

Əsəd İdlib razılaşmasına münasibət bildirdi
  07 Mart 2020    Oxunub:2182
Rusiya Prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsəd arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, Kreml Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı barədə məlumat yayıb.

Bildirilib ki, Putin İdlib probleminə dair Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Moskvada keçirdiyi görüş barədə Əsədi məlumatlandırıb.

Əsəd tərəflər arasında əldə olunan razılaşmanı müsbət qiymətləndirib. Rusiya prezidentinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Azvision.az



Teqlər: Suriya   Əsəd   Putin  





Xəbər lenti