Sabiq prezident və Baş nazirin olduğu tədbirə silahlı hücum edildi

Sabiq prezident və Baş nazirin olduğu tədbirə silahlı hücum edildi
  06 Mart 2020    Oxunub:2492
Əfqanıstanın paytaxtı Kabildə dövlət rəsmilərinin iştirak etdiyi tədbirə silahlı hücum təşkil edilib.
Azvision.az xəbər verir ki, tədbirdə Baş nazir Abdulla Abdulla, sabiq prezident Həmid Kərzai, Yüksək Sülh Şurasının rəhbəri Məhəmməd Kərim, Baş nazirin nümayəndəsi Muciburahman Rəhimi və digər rəsmi şəxslər iştirak ediblər.

Hücum nəticəsində Baş nazirin xəsarət almadığı bildirilir. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kabil  





Xəbər lenti