Mikrofon açıq qaldı, Ərdoğan Lavrovdan Əsədi soruşdu - VİDEO

Mikrofon açıq qaldı, Ərdoğan Lavrovdan Əsədi soruşdu -  VİDEO
  06 Mart 2020    Oxunub:2909
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin Moskvada İdlibə dair atəşkəs razılaşması əldə etmələrindən sonra maraqlı hadisə baş verib.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla söhbət edən Ərdoğan mikrofonun açıq olmasının fərqinə varmadan XİN rəhbəri Mövlud Çavuşoğlunu da yanına çağıraraq, "Əsədlə danışıldı, elə deyilmi?" soruşub.
Həmin anlar kameralara düşüb. Lavrovun cavabı isə eşidilməyib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti