Sarkisyan danışıqlar üçün Belçikaya getdi

Sarkisyan danışıqlar üçün Belçikaya getdi
  06 Mart 2020    Oxunub:2073
Ermənistanın sabiq prezidenti, Respublika Partiyasının rəhbəri Serj Sarkisyan Belçikaya səfər edib.
Azvision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyan Avropa Xalq Partiyasının (ENP) lideri, Avropa İttifaqı Şurasının sabiq prezidenti Donald Tusk ilə görüşüb və regional problemləri müzakirə edib.

Görüş zamanı Sarkisyan ölkədəki daxili siyasi vəziyyət barədə məlumat verib.

Sarkisyan qeyd edib ki, hər hansı bir dəyişiklik Konstitusiya və qanuni proseslər çərçivəsində, ixtisaslaşmış strukturların cəlb edilməsi və ekspertlərin rəyi nəzərə alınmaqla həyata keçirilməlidir.

Xatırladaq ki, dövlət vəsaitini mənimsəməkdə günahlandırılan və ölkəni tərk etməmək barədə öhdəlik götürən eks-prezident səfərə getmək üçün istintaq orqanından rəsmi icazə alıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sarkisyan   Belçika  





Xəbər lenti