Yüzlərlə polis Vardanyanın evinə basqın edib

Yüzlərlə polis Vardanyanın evinə basqın edib
  05 Mart 2020    Oxunub:1820
Ötən gün gecə saatlarında Ermənistanda yüzlərlə polis kriminal avtoritet Aram Vardanyanın saxlanılması üçün onun evinə basqın edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Ervand Varosyan bildirib.

Onun sözlərinə görə, saat 02:40 radələrində yüzlərlə polis əməkdaşı Vardanyan və onun qohumlarına məxsus evlərə hücum çəkib.

“Polislər heç bir izahat vermədən, icazəsiz olaraq qapı və pəncərələri sındırdılar və xüsusi texnikanın köməyi ilə içəriyə girib oğurluq törətdilər”, - deyə erməni vəkil vurğulayıb.

O, təhlükəsizlik qüvvələrinin axtarış üçün sənəd göstərmədiyini və hücum zamanı evlərin birində azyaşlı uşağın xəsarət aldığını əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Polis  





Xəbər lenti