Elxan Məmmədov: “Bizi maraqlı yarış gözləyir”

     Elxan Məmmədov:    “Bizi maraqlı yarış gözləyir”
  04 Mart 2020    Oxunub:3044
"Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”
Azvision.az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının püşkünü dəyərləndirən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”, - deyə E.Məmmədov vurğulayıb.

Qeyd edək ki, bu gün Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Püşkatmaya əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq ilə qarşılaşacaq.

Azvision.az



Teqlər: AFFA   Elxan-Məmmədov  





Xəbər lenti