İranda koronavirusa yoluxan 435 nəfər sağalıb

İranda koronavirusa yoluxan 435 nəfər sağalıb
  03 Mart 2020    Oxunub:1636
İranda bir gün ərzində koronavirusa yoluxanların sayı 800 nəfərdən çox artaraq 2336 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə nazirinin müavini Əli Rza Raisi bildirib. Onun sözlərinə görə, virusdan ölənlərin sayı 77 nəfər olub.

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, indiyədək virusa yoluxmuş 435 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Koronavirus  





Xəbər lenti