Əsəd ordusunun sutka ərzində verdiyi itkilər
"Son 24 saat ərzində "Bahar qalxanı" əməliyyatı çərçivəsində (əməliyyat fevralın 27-də İdlibdə başlayıb) rejimin bir helikopteri, dronu, 6 tankı, 5 haubitsa, 2 hava hücumundan müdafiə sistemi, 3 zirehli personal daşıyıcısı, 5 silah yüklənmiş yük maşını, 6 hərbi vasitə və bir silah-sursat anbarı məhv edilib. Suriya rejiminin 327 əsgəri zərərsizləşdirilib”, - deyə məlumatda qeyd olunub.
Pərvanə Sultanova
Azvision.az