Kreml Putin və Ərdoğan görüşünün mövzusunu açıqladı

Kreml Putin və Ərdoğan görüşünün mövzusunu açıqladı
  03 Mart 2020    Oxunub:2471
Kreml Rusiya və Türkiyə prezidentləri Vladirmir Putinlə Rəcəb Tayyib Ərdoğanın martın 5-də görüşəcəyini təsdiqləyib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, liderlər İdlibin de-eskalasiya zonasında gərginləşməni nəzərə alaraq, Suriya böhranının həlli yollarını müzakirə edəcəklər.

“Martın 5-də Prezident Putin Rusiyaya işgüzar səfərə gələcək Türkiyə Prezidenti Ərdoğanla danışıqlar aparacaq. Tərəflər İdlib de-eskalasiya bölgəsindəki vəziyyətin gərginləşməsi nəzərə alınaraq, Suriya məsələsini müzakirə edəcəklər”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Kreml  





Xəbər lenti